Tacikistan prezidenti EmoməliRəhmon 10-11 avqust tarixlərində Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə Tacikistan mətbuatı məlumat verir.
Bakıda Tacikistan liderinin Azərbaycan prezidenti İlham Əliyevlə “1+1” formatda, o cümlədən nümayəndə heyətlərinin geniş tərkibdə görüşü keçiriləcək.
E.Rəhmonun Azərbaycanın baş naziri və parlamentin sədri ilə görüşləri gözlənilir.
Səfər çərçivəsində Tacikistan-Azərbaycan əməkdaşlığına dair bir sıra yeni sənədlərin imzalanması planlaşdırılır.
Tacikistanla Azərbaycan arasında müqavilə-hüquq bazası ticarət-iqtisadi, bank, vergi, mədəniyyət və investisiya sahələrində əməkdaşlığa dair 30 saziş ilə təsbit olunub. **
A.Əzizov