Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) özəlləşdirmə sahəsində (idarəçiliyə verilmə) sahəsində effektivliyin artırılması və bu sahədə mövcud çətinliklərin beynəlxalq təcrübəyə əsaslanaraq tənzimlənməsinə dair təkliflərin hazırlanması üçün məsləhətçi seçir. Bu barədə ƏMDK-nin elanında deyilir.
Seçim açıq tender üsulu ilə keçirilir. Tenderdə iştiraka dövlət əmlakının özəlləşdirilməsi və idarəçiliyə verilməsi, o cümlədən bu sahəyə investisiya cəlb etməkdə uğurlu təcrübəyə malik olan yerli və xarici konsaltinq şirkətləri dəvət olunur.
Tenderdə iştirak haqqı 700 manatdır.
Tender təkliflərinin qiymətləndirilməsi zamanı aşağıdakı meyarlar nəzərə alınacaq: təklif olunan xidmətlərin dəyəri, bu sahədə təcrübə və imic, iddiaçının təklif etdiyi fəaliyyət planı və onun icra üsulları, həmçinin ştatdakı əməkdaşların peşəkarlığı.
Tender təklifləri sentyabrın 24-dək qəbul olunur. Tender proseduru sentyabrın 25-də baş tutacaq. **
N.Abbasova