Yaxın zamanda Türkiyənin Şanlıurfa şəhərində “Qarabağ” parkının açılışı olacaq. Bu barədə Şanlıurfa Böyükşəhər bələdiyyəsinin başqanı Nihat Çiftçi məlumat verib.
“Bizdə Azərbaycanı çox sevirlər. Şanlıurfada “Azərbaycan” bulvarı inşa edilir, yaxın zamanda isə “Qarabağ” parkı fəaliyyət göstərəcək”, - Türkiyənin “Anadolu” agentliyi N.Çiftçinin sözlərindən sitat gətirir.
O qeyd edib ki, Bakı və Şanlıurfa “tarif boyu biri-biri ilə bağlı olub”, çünki Şanlıurfada Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinə aid olan tarixi abidələr var.
Lakin, N.Çiftçinin finrincə, iki şəhərin mədəni dəyərləri ilə daha yaxşı tanışlığa ehtiyac var. “Mədəniyyət və incəsənət sahəsində birgə layihəmiz var, Bakı və Şanlıurfanın yaxınlaşması məqsdədilə onun üzərində çalışırıq. “Bakurfa” adlandırdığmız layihə oktyabrın 15-də təqdim ediləcək”, - N.Çiftçi qeyd edib.
“Anadolu”nun məlumatına görə, “Bakurfa” platforması çərçivəsində Bakı və Şanlıurfada musiqi proqramlarının təşkili, iki ölkənin telekanalları üçün sənədli filmlərin çəkilişi, iki şəhərin universistetləri arasında birgə fəaliyyətin təşkili və vahid tədqiqat mərkəzinin yaradılması planlaşdırılır.
O cümlədən, platforma çərçivəsində “Bakurfa” adlı jurnalın buraxəılışı nəzərdə tutulur. Jurnalda iki dövlətin ümumi mədəniyyəti haqqında Azərbaycan və Türkiyənin tanınmış müəliflərin tarix, səyahət, mətbəx, sağlamlıq, idman və s. mövzuda məqalələri yer alacaq.
Bundan əlavə, “Bakurfa” platforması çərçivəsində “Fizuli-Nəbi” simpoziumu təşkil olunacaq. Simpozium şairlərin həyat, poeziya, incəsəətə həsr ediləcək. Həmçinin simpoziumun materialları “Fizuli – Nəbi Buluşması” adlı kitab şəklində nəşr olunacaq. O cümlədən, “Bir millət - iki dövlət” mövzusunda qısametrajlı filmlərin ssenari müsabiqəsi təşkil olunacaq. Qalibin ssenarisi əsasında film çəkiləcək. **
N.Abbasova