Briqada generalı Ali Demir Türkiyənin Azərbaycandakı hərbi attaşesi təyin edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.
"A.Demir bu postda 2016-cı ilin noyabr ayından Azərbaycanda hərbi attaşe olan Zafer Ocağı əvəz edəcək", - deyə mənbə bildirib.
A.Demir yeni təyinata qədər Diyarbəkir jandarma komandanı olub.
2010-cu ildə o, FETÖ təşkilatının generallarına qarşı keçirilən “Balyoz” əməliyyatı zamanı həbs olunaraq 16 il müddətinə azadlıqdan məhrum edilib. Elə həmin il A.Demirə bəraət verilib və o, hərbi xidmətə bərpa olunub.*
F.İsazadə