Prezident İlham Əliyev Bakı şəhərində avtobus parkının yenilənməsi məqsədilə Bakı Nəqliyyat Agentliyinə dövlət büdcəsindən 47 mln. 924 min manatın ayrılmasını tapşırıb.
Qeyd olunan vəsait “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndənayrılacaq.
Çərşənbə günü İ.Əliyevin müvafiq sərəncamı dövlət başçısının saytında dərc olunub. **
F.İsazadə