Müdafiə Nazirliyi Qarabağ münaqişəsi zonasında Azərbaycan Ordusunun bölmələrinin döyüş mövqelərində partlayış barədə məlumatı təkzib edərək bunu təxribat adlandırıb.
“Erməni tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil, yalandır və düşmənin növbəti təxribatıdır. Azərbaycan Ordusunun bölmələrinin döyüş mövqelərində heç bir partlayış hadisəsi baş verməyib”, - “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən bildiriblər.
Nazirlik qeyd edir ki, yayılan məlumat “avqustun 6-da Ermənistan silahlı qüvvələrinin mövqelərinin birində, blindajda partlayışın baş verməsi barədə tərəfimizdən verilən məlumata düşmənin uğursuz cavab cəhdidir”.
“Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir”, - məlumatda deyilir.
Çərşənbə günü Ermənistan tərəfi Azərbaycan Ordusunun bölmələrinin döyüş mövqelərinin birində güclü partlayış barədə məlumat yayıb. **
F.İsazadə