Azərbaycan prezidenti İlham Əliyev Bakı ilə Pxenyanarasında müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsinin və əməkdaşlığın möhkəmləndirilməsinin zəruriliyini qeyd edir. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Azərbaycan prezidenti İlham Əliyev avqustun 8-də Koreya Xalq Demokratik Respublikasının səfiri Kim Hen Cunun etimadnaməsini qəbul edib.
“Görüşdə prezident gələcək illərdə ölkələrimiz arasında müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsinin və əməkdaşlığın möhkəmləndirilməsinin zəruriliyini qeyd etdi. İ.Əliyev, eyni zamanda, beynəlxalq təşkilatlarda, ilk növbədə, BMT və Qoşulmama Hərəkatında fəal əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu bildirib”, - məlumatda deyilir.
Prezident ikitərəfli münasibətlərimizin müxtəlif formatlarda bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirdi. **
N.Abbasova