Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 130 mənzilin satın alınması üçün tender keçirir. Bu barədə nazirliyin məlumatında deyilir.
Nazirlik 11 birotaqlı, 73 ikiotaqlı və 46 üçotaqlı mənzil almağı planlaşdırır.
Tender təklifləri sentyabrın 24-dək qəbul olunacaq. İddiaçıların təklifləri sentyabrın 25-də açılacaq.
Tenderdə iştirak haqqı 500 manatdır.*
F.İsazadə