Dövlət Gömrük Komitəsi (DGK) 2018-ci ilin yanvar-iyul aylarında dövlət büdcəsinə 1 mlrd. 941 mln. 158,4 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2017-ci ilin yanvar-iyul aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 1 mlrd. 427 mln. 836,91 min manat təşkil edib. Beləliklə, bu ilin yanvar-iyul aylarında dövlət büdcəsinə köçürmələr 35,9% artıb.
2018-ci ilin yanvar-iyul aylarında dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 1 mlrd. 328 mln. 808,3 min manat, aksizlər üzrə 93 mln. 504,3 min manat, yol vergisi üzrə 20 mln. 726,8 min manat təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 498 mln. 119 min manat məbləğində olub.
2018-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 3 mlrd. 215 mln. manat məbləğində müəyyən edilib.*
N.Abbasova