2018-ci ilin iyul ayında Azərbaycanda deflyasiya iyun ayında qeydə alınmış 0,7%-ə qarşı 0,6% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“İyul ayında deflyasiya 0,6% təşkil edib. Ərzaq mallarının qiyməti 1,5% ucuzlaşıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1% bahalaşıb”, - deyə məlumatda bildirilir.
İyul ayının sonuna Azərbaycanda orta illik inflyasiya 2,8%-dək (cari ilin iyun ayının sonuna 3%) azalıb, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,8%, qeyri-ərzaq mallarının qiymətləri 3,4%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,3% bahalaşıb.
Azərbaycan hökuməti 2018-ci ildə orta illik inflyasiyanı 6,1% səviyyəsində proqnozlaşdırır.
2017-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 12,9% təşkil edib.*
A.Əzizov