Azərbaycanın gömrük orqanları ölkə ərazisinə qanunsuz yolla gətirilən 95,4 min ədəd siqaretin realizə edilməsinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilir.
Qeyd olunur ki, DGK Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə ölkənin gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən və üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan siqaretlərin Bakı şəhərində tütün məmulatı və spirtli içkilər satılan pərakəndə satış məntəqələrinəpaylanması barədə məlumat daxil olub.
“Əməliyyat tədbiri nəticəsində üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan cəmi95,380min ədəd müxtəlif adda siqaret aşkar olunub”, - məlumatda deyilir.
Faktla bağlı araşdırma aparılır. **
F.İsazadə