Fövqəladə Hallar Nazirliyində Bakı şəhərinin Baş Planının müzakirəsi məqsədilə görüş keçirilib. Bu barədə nazirlikdən məlumat verilir.
“Görüşdə Bakı şəhərinin Baş Planının hazırlanması prosesinin beynəlxalq standartlara uyğun təşkil edilməsi istiqamətində hərtərəfli işin aparıldığı bildirilib. Bu sənədin hazırlanması və reallaşdırılmasında müvafiq dövlət qurumları, eyni zamanda Fövqəladə Hallar Nazirliyi ilə koordinasiyalı fəaliyyətin vacibliyi diqqətə çatdırılıb”, - məlumatda deyilir.
Müzakirələrdə, həmçinin tikintidə təhlükəsizlik normalarına və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasının, ümumiyyətlə əhalinin fövqəladə hadisələrdən mühafizəsinin əhəmiyyəti məsələlərinə toxunulub.
Görüşdə fövqəladə hallar nazirinin müavinləri, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının rəhbəri, “The Boston Consulting Group” şirkətinin ekspertləri və nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxləri iştirak ediblər. **
F.İsazadə