Kənd təsərrüfatı naziri İnam Kərimov Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüşüb.
“Assosiasiyaların nümayəndələri ilə görüşlərdə məqsəd problemləri araşdırmaq, ümumiləşdirmək, təhlil etmək və çıxış yolları ilə bağlı təkliflər hazırlamaqdır”,- nazirliyin məlumatında deyilir.
Nazir narın ixrac potensialı yüksək olan kənd təsərrüfatı məhsullarından biri olduğunu xatırladan nazir bu sahənin inkişaf etdirilməsinin vacib olduğunu deyib.
Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşovistehsal həcminə rəğmən ixrac göstəricisinin aşağı olduğunu deyib və bunu keyfiyyətli məhsulun az olması ilə əlaqələndirib. O, ting çatışmazlığını, mütəxəssislərin sayının az olmasını, nar bağlarında istifadə olunan dərman və gübrələrin çatışmazlığını, istehsal səviyyəsinə dair statistik məlumat bazasının zəif olmasını həllini gözləyən əsas məsələlər kimi qeyd edib.
İstehsalçılaryeni nar bağlarının salınması, ixracatın stimullaşdırılması ilə bağlı təkliflər səsləndiriblər. **
A.Əzizov