Rusiyanın nəqliyyat nazirinin müavini Alan Luşnikov Azərbaycanda nəqliyyat sahəsində ikitərəfli əməkdaşlığın inkişafına dair “Yol Xəritəsi”nin hazırlanması məsələsini müzakirə edib.
“Avqustun 7-8-də A.Luişnikov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət orqanları və təşkilatların rəhbərliyi ilə keçirilən görüşlərdə bir sıra aktual məsələləri müzakirə edib”, - RF Nəqliyyat Nazirliyinin məlumatında deyilir.
Söhbət Rusiya ilə Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişafına dair “Yol Xəritəsi”ndən gedib.
“Bu xəritə Rusiya-Azərbaycan əlaqələrinin əsas istiqamətlərinin inkişafına dair Fəaliyyət Planının hissəsidir və bu sahəilə bağlı bir sıraikitərəfli sənədlərin hazırlanmasını nəzərdə tutur”, - məlumatda vurğulanır. **
A.Əzizov