Azərbaycan prezidenti İlham Əliyev əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlərin həyata keçirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dövlət büdcəsindən 2 mln. manatın ayrılmasını tapşırıb.
Cümə axşamı dövlət başçısının saytında Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqındaprezidentin müvafiq sərəncamı dərc olunub.
Sərəncama əsasən, bu vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təşkili, “DOST” mərkəzlərinin yaradılması və əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsinə yönəldiləcək.
Vəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq. **
A.Əzizov