Cümə axşamı Tacikistan prezidenti Emoməli Rəhmon Azərbaycana rəsmi səfərə gəlib. Bu barədə rəsmi mətbuat məlumat verir.
Xəbər verildiyi kimi, avqustun 10-da Emoməli Rəhmon azərbaycanlı həmkarı İlham Əliyev ilə danışıqlar keçirəcək.
Səfər çərçivəsində Tacikistan-Azərbaycan əməkdaşlığına dair bir sıra yeni sənədlərin imzalanması planlaşdırılır.
Tacikistanla Azərbaycan arasında müqavilə-hüquq bazası ticarət-iqtisadi, bank, vergi, mədəniyyət və investisiya sahələrində əməkdaşlığa dair 30 saziş ilə təsbit olunub. **
A.Əzizov