Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt”MMC Bakı şəhərində 1, 22 və 33 poçt şöbəsi binaların təmiriişlərinin yerinə yetirilməsiüçün podratçı seçir. Bu barədə MMC-nin elanında deyilir.
Seçim açıq tender üsulu ilə keçirilir və 3 lotdan ibarətdir (hər poçt şöbəsi üzrə ayrılıqda).
Hər lot üzrə işlər 90 gün ərzində həyata keçirilməlidir.
Hər lotda iştirak haqqı 150 manatdır.
Tender təkliflərinin qiymətləndirilməsi zamanı əsas meyarlar aşağıdakılardır: tikinti-təmir işlərinin həyata keçirilməsi üçün lisenziyanın olması, qısa müddətdə təmir işlərinin işlərinə təminat, müvafiq təcrübəyə malik olmaqdır.
Tender təklifləri sentyabr 21-də saat 17:00-dək qəbul olunur. Tender proseduru sentyabrın 24-də baş tutacaq. **
N.Abbasova