2018-ci ilin yanvar-iyul aylarında Azərbaycana11,7 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,6 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə respublikaya gətirilən avtomobillərin böyük hissəsi – 10,402 min ədəd avtomobil (artım 2,7 dəfə) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb.
Cari ilin yanvar-iyul aylarında Azərbaycana yük daşımaları üçün nəzərdə tutulmuş 1,157 min ədəd motorlu nəqliyyat vasitəsi (artım 2,2 dəfə) və 72 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (artım 53,2%) idxal edilib.
Bundan başqa, qeyd olunan dövrdə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün 69 ədəd (azalma 37,9%) motorlu nəqliyyat vasitəsi gətirilib.**
A.Əzizov