Prezident İlham Əliyev və ABŞ Konqresinin Nümayəndələr Palatasının kəşfiyyat üzrə daimi xüsusi komitəsinin sədri Devin Nunes bu gün Bakıda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri müzakirə ediblər.
“Görüşdə İlham Əliyev və D.Nunes regional təhlükəsizlik, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar”, - deyə dövlət başçısının saytında məlumat verilir.
Söhbət zamanı Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlara fəal dəstək verdiyi qeyd edilib, ölkələrimizin beynəlxalq terrorizmə qarşı mübarizədə səylərinin bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olunub.*
F.İsazadə