2018-ci ilin yanvar-iyul aylarında Azərbaycan 16 mln. 658,927 min ton neft ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“2018-ci ilin yanvar-iyul aylarında Azərbaycandan ixrac olunmuş $8 mlrd. 676 mln. 292,34 min dəyərində neftin bəyan edilmiş həcmi 16 mln. 658,927 min ton təşkil edib”, - deyə məlumatda bildirilir.
2017-ci ilin yanvar-iyul aylarında ixrac edilmiş $4 mlrd. 429 mln. 770,85 min məbləğində neftin bəyan edilmiş həcmi 11 mln. 413,914 min ton təşkil edib. Beləliklə, hesabat dövründə neft ixracı miqdar ifadəsində 45,9%, pul ifadəsində 1,95 dəfə artıb. **
N.Abbasova