Xəzər dənizi çox mühüm nəqliyyat arteriyasına çevrilib. Bunu prezident İlham Əliyev Qazaxıstan prezidenti Nursultan Nazarbayev ilə görüş zamanı bildirib. Bu barədə Qazaxıstan liderinin saytrı məlumat verir.
“Xəzərin bundan sonra da regionda sabitləşdirici rol oynaması üçün biz Konvensiyanın bütün müddəalarının yerinə yetirilməsinə səy göstərəcəyik”, - İ.Əliyev vurğulayıb.
Onun sözlərinə görə, may ayında açılışı olan Ələt limanı bütöv nəqliyyat inteqrasiyasını təmin edəcək.
Prezident Azərbaycan və Qazaxıstanın tranzit imkanlarından istifadənin iqtisadi və siyasi nöqteyi-nəzərdən çox səmərəli olacağını qeyd etdi.
“Qardaş Qazaxıstan torpağında yenidən olmağımdan çox şadam. Bu region həm coğrafi, həm tarixi, həm də sizin burada həyata keçirdiyiniz infrastruktur layihələri baxımından bizim üçün çox yaxındır. Kurık limanının açılışı münasibətilə təbriklərimi çatdırıram. Əlbəttə ki, bunlar bizə daha sıx inteqrasiya etməyə imkan yaradacaq”, - İ.Əliyev bildirib.
Öz növbəsində, N.Nazarbayev qeyd edib ki, Xəzər dənizinin hüquqi statusunun tənzimlənməsi prosesi müvafiq Konvensiyanın imzalanması ilə məntiqi son tapdı.
O vurğulayıpb kii, dünən regionun bütün ölkələri, həmçinin Azərbaycan üçün yeni nəqliyyat-logistika imkanları açan multimodal hab olan Kurık limanının açılışı olub. **