Azərbaycan və İran prezidentləri İlham Əliyev və Həsən Ruhani gələcəkdə Xəzəryanı ölkələr arasında əməkdaşlığın daha da möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Aktauda keçirilən görüşdə iki ölkə prezidentləri Xəzərin hüquqi statusu haqqında imzalanan Konvensiyanın əhəmiyyətini vurğulayıblar.
Görüşdə Azərbaycan ilə İran arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi.Ölkələrimizin həyata keçirdiyi birgə iqtisadi layihələrin yaxşı nəticələr verdiyi vurğulandı.
Enerji, nəqliyyat və infrastruktur sahələrində, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizi üzrə əməkdaşlığın uğurla həyata keçirildiyi qeyd olundu. **