2018-ci ilin yanvar-iyul aylarının yekunları üzrə Azərbaycan və Rusiya arasında mal dövriyyəsi $1 mlrd. 304 mln. 76,88 min təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 16,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 7,89%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.
"Hesabat dövründə Azərbaycan Rusiyaya $386 mln. 931,22 min dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 17,5% çoxdur. Bütövlükdə, 2018-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycandan ixracın 3,6%-i Rusiyanın payına düşüb”, - deyə məlumatda bildirilir.
Yanvar-iyul aylarında Rusiyadan Azərbaycana idxalın həcmi $917 mln. 145,66 min təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 16,7% çoxdur. Azərbaycana idxalın ümumi həcmində 15,88% Rusiyadan tədarükün payına düşüb.
Beləliklə, cari ilin yanvar-iyul aylarında RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu $530 mln. 214,44 min təşkil edib.*
B.Rüstəmbəyov