Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DOST Agentliyi və mərkəzlərinin yaradılması ilkin yol xəritəsini hazırlayıb. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib.
Onun sözlərinə görə, ilk DOST mərkəzinin yaradılması üçün sentyabrda pilot rayon müəyyən olunacaq.
Nazir qeyd edib ki, DOST mərkəzləri əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər aidiyyəti sahələrdə xidmətləri “bir pəncərə” prinsipi üzrə təkmil və sistemli, sadələşdirilmiş, eyni zamanda, bir-biri ilə əlaqələndirilmiş şəkildə, tam şəffaf, operativ və vətəndaşlarla açıq iş şəraitində əhaliyə təqdim etməyə imkan verəcək.*
B.Rüstəmbəyov