ŞəkiApellyasiya Məhkəməsində “ReAL” Hərəkatının lideri İlqar Məmmədov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. Bazar ertəsi İ.Məmmədov azadlığa buraxılıb. Bu barədə Hərəkatın icraçı katibi Natiq Cəfərli Facebook səhifəsində yazıb.
“Şərti də olsa, İ.Məmmədov azadlığa buraxılıb”, - N.Cəfərli yazıb.
Xəbər verildiyi kimi, Ali Məhkəmə İ.Məmmədov barəsində işin təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib..
İ.Məmmədov və “Müsavat” partiyasının başqan müavini Tofiq Yaqublu 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. 2016-cı ilin mart ayında T.Yaqublu prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı ilə əfv olunub.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib. **
F.İsazadə