2018-ci ilin yanvar-iyul aylarında Azərbaycan ərzaq idaxlını 2,6% - $766 mln. 206,06 minədək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilir.
Ərzaq idxalı strukturunda əsas həcm $106 mln. 45,92 min məbləğində buğdanın - 598,424 min ton (artım 16,8%), meyvə-tərəvəz məhsullarının - $95 mln. 979,02 min məbləğində 174,051 min ton (azalma 3,4%), ətin - $37 mln. 827,39 min məbləğində 25,687 min ton (azalma 1,4%), bitki və heyvan mənşəli yağların - $90 mln. 803,59 min məbləğində 98,689 min ton (artım 42,3%) payına düşüb.
2018-ci ilin yanvar-iyul aylarında Azərbaycana $42 mln. 987,73 min məbləğində kərə yağı idxalı 7 min 304,16 ton (azalma 20,7%) təşkil edib.
Ümumilikdə, yanvar-iyul ayları ərzində Azərbaycana bütün idaxlın 13,3%-i ərzaq məhsullarının payına düşüb. **
N.Abbasova