Avqustun 6-na olan məlumata görə, Azərbaycanda 3 mln. 17,289 min ton dənli və dənli-paxlalı bitki yığılıb. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.
Avqustun 6-na ölkə üzrə 2 mln. 31,654 min ton buğda və 937,09 min ton arpa yığılıb.
Bu il orta hesabla hər hektardan 30,2 sentner buğda və 27,9 sentner arpa yığılıb. Ötən illə müqayisədə məhsuldarlıq buğda üzrə 12,5%, arpa üzrə isə 15,3% təşkil edib.
Nazirliyin məlumatına görə, ümumilikdə 672,51 min hektar sahədə buğda, 336,04 min hektar sahədə arpa biçini aparılıb. Payızlıq və yazlıq buğda biçini 99,2%, arpa biçini isə 99,7% başa çatıb.*
B.Rüstəmbəyov