İran elektrik enerjisinin Rusiyaya ixracına dair Azərbaycan və Ermənistanla danışıqlar aparır. Bu barədə İranın energetika naziri Reza Ardakanian «Irna» agentliyinə müsahibəsində bildirib.
“Elektrik enerjisinin Rusiyaya ixracına dair Azərbaycan və Ermənistanla ayrı-ayrılıqda danışıqlara başlanılıb. İranın Avropanın elektrik şəbəkələrinə qoşulması planına ciddi nəzarət edirik. Bunun üçün bir neçə ssenari mövcuddur, onlardan biri İranın şimal qonşuları vasitəsilə Avropanın elektrik şəbəkələrinə qoşulmasını nəzərdə tutur”, - nazir qeyd edib.
Onun sözlərinə görə, İran qonşu dövlətlər - Pakistan, Əfqanıstan, Türkmənistan, Azərbaycan, Türkiyə və İraqla enerji mübadiləsinə cəhd göstərir. “İran enerji mübadiləsi çərçivəsində bəzi dövlətlərlə həm idxal, həm ixrac, ayrı-ayrı ölkələrlə - yalnız idxal və ya ixrac əməliyyatları həyata keçirir”, - R.Ardakanian bəyan edib.
O əlavə edib ki, yay aylarında elektrik enerjisinə tələbat yüksək olduğundan, İrandan qonşu dövlətlərə elektrik enerjisi tədarükü həyata keçirilməyib. “Yaxın zamanda ixraca başlanacaq”, - nazir vurğulayıb. **
N.Abbasova