Bakı Türkiyə iqtisadiyyatının gələcəyinə əmindir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin bəyanaında deyilir.
"Azərbaycan və Türkiyə strateji tərəfdaşdır. Azərbaycan bu ölkə ilə iqtisadi münasibətlərinə də xüsusi önəm verir və bu əlaqələrin inkişafına qarşılıqlı sərmayə qoyuluşları, ikitərəfli ticarət, regional və qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrində iştirakla öz töhfəsini verməkdədir”, - deyə XİN-n məlumatında bildirilir.
H.Hacıyevin sözlərinə görə, Azərbaycan Türkiyənin iqtisadiyyatına sərmayə qoyuluşlarının davamı ilə yanaşı, Türkiyə iqtisadiyyatında yaxından iştirakını davamlı olaraq artırmaqdadır.
"Azərbaycan sarsılmaz Türkiyə iqtisadiyyatının gələcəyinə tam əmindir”, - deyə o vurğulayıb.
XİN rəsmisi qeyd edib ki, Azərbaycan hər zaman olduğu kimi, bütün sahələrdə Türkiyəyə hərtərəfli dəstəyini davam etdirəcək.*
A.Əzizov