ABŞ Konqresinin Nümayəndələr Palatasının kəşfiyyatüzrədaimixüsusikomitəsininsədri Devin Nunes bildirib ki, Avropa Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisini dəstəkləməlidir. Bu barədə “Washington Examiner” qəzeti yazır.
"TAP Azərbaycandan təbii qazı qəbul edərək İtaliyaya və daha sonra Qərbi Avropaya nəql edəcək. ABŞ prezidenti Donald Trampın administrasiyası Nord Stream 2 kəmərinin rəqibi olan bu boru kəmərini dəstəkləyir", - deyə konqresmen qeyd edib.
Onun fikrincə, TAP kəmərinin tikintisi ilə Avropa üçün daha bir qaz mənbəyi yaranacaq. Nəticədə Avropa ölkələrinin Rusiya qazından asılılığı azalacaq.
D.Nunes vurğulayıb ki, İtaliya hökumətinin bəzi üzvləri qaz kəmərinin tikintisinə mane olmağa çalışırlar.
Qeyd edək ki, D.Nunes avqustun 10-da Bakıda prezident İlham Əliyevlə danışıqlar aparıb.*
A.Əzizov