2018-ci ilin yanvar-iyul aylarında Azərbaycana $153 mln. 793,16 min dəyərində əczaçılıq məhsulları idxal olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
«Cari ilin yanvar-iyul aylarında respublikaya $153 mln. 793,16 min dəyərində 8 min 333,4 ton əczaçılıq məhsulu idxal edilib», - deyə məlumatda bildirilir.
2017-ci ilin yanvar-iyul aylarında Azərbaycana $99 mln. 368,91 dəyərində 6 min 119,24 ton əczaçılıq məhsulu gətirilib.
Beləliklə, cari ilin 7 ayı ərzində ölkəyə sözügedən məhsulların idxalı miqdar ifadəsində 36,2%, dəyər ifadəsində 54,7% artıb.
2017-ci ildə Azərbaycana $249 mln. 15,83 min dəyərində 15,65 min ton əczaçılıq məhsulu idxal olunub.**
N.Abbasova