Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilk dəfə Türkiyənin beynəlxalq təşkilatlardakı daimi nümayəndələri və səfirlərinin Ankarada öz işinə başlayan müşavirəsində iştirak edir.
S.Lavrov müşavirədən əvvəl türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşərək şəkil çəkdirib.
Daha əvvəl Rusiya Federasiyasının Xarici İşlər Nazirliyindən verilən məlumata görə, S.Lavrov Türkiyə auditoriyasını Rusiyanın xarici siyasətinin əsas istiqamətləri və ölkənin beynəlxalq münasibətlərlə bağlı əsas məsələlərə yanaşmaları ilə tanış edəcək.*