Oktyabrın 1-də Gəncə şəhərində doqquzuncu Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək. Bu barədə Rusiya mətbuatı məlumat verir.
Məlumata əsasən, Forumda qanunvericilik və icra hakimiyyətinin yüksək vəzifəli nümayəndələri, QHT, həmçinin ekspert birlikləri və Azərbaycan və RF işgüzar dairələrin nümayəndələri iştirak edəcək.
“Tədbir çərçivəsində sənaye, aqrar, logistika, turizmə həsr olunan dəyirmi masalar, o cümlədən həmkarlarla ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır”, - məlumatda qeyd olunur.
Forumun təşkilatçıları Azərbaycan İqtisadiyyat Nazirliyi və RF İqtisadi İnkişaf Nazirliyidir.
VIII Azərbaycan-Rusiya Regionlararası Forumu 2017-ci ilin sentyabr ayında Stavropolda keçirilib. **
F.İsazadə