ABŞ-ın sanksiyaların sərtləşdirilməsinə dair siyasəti uzun müddət davam edə və normal dialoqun əsası ola bilməz. Bunu Rusiyanın XİN başçısı Srgey Lavrov bəyan edib.
“Bu siyasət normal dialoqun əsası ola bilməz. Mənə elə gəlir ki, bu uzun müddət davam edə bilməz”, - S.Lavrov jurnalistlərə bildirib.
O qeyd edib ki, sanksiyaların tətbiqi siyasəti ilə ABŞ, həmçinin öz müttəfiqlərini cəzalandırır. **