ABŞ Türkiyəni sanksiyalarla təhdid edə bilməz, o, bu siyasətdən əl çəkməlidir. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Türkiyə ilə münasibətlər təhdidlərlə, təzyiqlə və ya sanksiyalarla irəliləyə bilməz. Bu, xaos yaradacaq və hamı üçün pis olacaq. ABŞ təhdidlərindən əl çəkməlidir", - deyə o, bu gün jurnalistlərə bildirib.
Nazir əlavə edib ki, bütün problemlər dialoq yolu ilə həll olunmalıdır.*