Türkiyə Rusiya barəsində sanksiyaları heç zaman dəstəkləməyib və İrana qarşı da dəstəkləməyəcək. Bunu Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu deyib.
“Biz heç zaman Rusiya barəsində sanksiyaları dəstəkləməmişik. İrana qarşı sanksiyalara dair bəyan etmişik ki, onlara qoşulmayacağıq”, - M.Çavuşoğlu bu gün jurnalistlərə bildirib.
“Hər hansı dövlət sanksiyalar tətbiq edir və digər ölkələrə bu qərarı dəstəkləməyi həvalə edir - artıq belə dünya yoxdur. Sanksiyalara dair qərar qəbul edərkən bizimlə məsləhətlər aparmısınız? Bizim fikrimizi öyrənmisiniz?”, - nazir əlavə edib.
“Birtərəfli qaydada qərar qəbul edildiyi halda biz ona qoşulmayacağıq”, - M.Çavuşoğlu yekun vurub. **