Türkiyə Respublikası Jandarm Qüvvələrinin Baş Komandanı, ordu generalı Arif Çetin Azərbaycana rəsmi səfərə gəlib.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşər Nazirliyindən məlumat verilib.
Səfər Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti iləhəyata keçirilir.
“Avqustun 16-dək davam edəcək səfər zamanı A.Çetin Daxili Qoşunların Ali Hərbi Məktəbində təlim-tədrisin təşkili, kursantlar üçün yaradılmış hərtərəfli şərait, o cümlədən Bakı şəhərində yerləşən “N” saylı hərbi hissə ilə tanış olacaq, sonra Qoşunların Təlim Mərkəzində isə xüsusi-taktiki təlimi izləyəcək”, - məlumatda deyilir.
Bu gün daxili işlər naziri R.Usubov A.Çetini qəbul edib. R.Usubov rəhbərlik etdiyi qurumun Türkiyənin Daxili İşlər Nazirliyi, o cümlədən Jandarm Komandanlığı ilə münasibətlərin əməkdaşlığın genişləndirilməsinə böyük önəm verildiyini qeyd edib. Daxili Qoşunların formalaşmasında, ən müasir tələblərə cavab verən quruma çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə Jandarm Komandanlığının böyük xidməti olduğunu xüsusi vurğulayıb.
Öz növbəsində, A.Çetin iki ölkənin müvafiq orqanları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, Daxili Qoşunlarının inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, belə əməkdaşlığın, təcrübə mübadiləsinin ölkələrin mənafelərinə xidmət etdiyini vurğulayıb.**
N.Abbasova