Azərbaycan prezidenti İlham Əliyev Füzuli rayonunda avtomobil yollarının tikintisi üçün Avtomobil Yolları Dövlət Agentliyinə dövlət büdcəsindən 4,7 mln. manatın ayrılmasını tapşırıb.
Xüsusilə, qeyd olunan vəsait Hacıqabul–Bəhrəmtəpə–Mincivan magistralını Əhmədalılar, Kərimbəyli, Aşağı Yağlıvənd, Araz Zərgər kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisinə ayrılacaq.
Həmin avtomobil yolları on beş min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirir.
Vəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündən ayrılacaq.
Çərşənbə axşamı dövlət başçısının saytında Füzuli rayonunun Hacıqabul–Bəhrəmtəpə–Mincivan magistralını Əhmədalılar, Kərimbəyli, Aşağı Yağlıvənd, Araz Zərgər kəndləri ilə birləşdirənavtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqındaİ.Əliyevin sərəncamı dərc olunub. **
N.Abbasova