Azərbaycan prezidenti İlham Əliyev Genuya şəhəri yaxınlığında avtomobil körpüsünün uçması nəticəsində faciəvi nəticələrlə əlaqədar italiyalı həmkarı Sercio Mattarellaya başsağlığı məktubu ünvanlayıb.
“Genuya şəhəri yaxınlığında avtomobil körpüsünün uçması nəticəsində insanların həlak olması və itkin düşməsi xəbəri bizi olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İtaliya xalqına öz adımızdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı veririk”, - dövlət başçısının saytında dərc olunan məktubun mətnində deyilir. **
N.Abbasova