Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın səmərəli icrası məqsədilə Xarici İşlər nazirliklərinin himayəsi altında yüksək səviyyəli İşçi Qrupunun ilk iclasının payız aylarında Bakıda keçirləcəyini təsdiq edib.
“Müvafiq İşçi Qrupunun ilk iclasının cari ilin payız aylarında Azərbaycanda keçirilməsinə dair razılıq əldə olunub. Hazırda bu qrupun qarşısında qoyulan əsas vəzifə düz çıxış xətlərinin müəyyən metodikasına dair sazişin işlənib hazırlanmasından ibarətdir”, - X.Xələfov “AzərTAc” agentliyinə müsahibəsində bildirib. **
N.Abbasova