Sahibkarlıq Kömək Milli Fondu (SKMF) ləğv olunması ilə bağlı kreditorlarına müraciət edib. Kreditorlar 15 gün ərzində tələblərini Fondun inzibati binasına bildirə bilərlər. Bu barədə Fondun elanında deyilir.
Prezident İlham Əliyevin cari il avqustun 1-də imzaladığı “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərmana əsasən, SKMF ləğv edilib, onun əvəzində nazirliyin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi təsis edilib.
İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) publik hüquqi şəxs təsis edilir.
Fondun nizamnamə fondu 1 mlrd. 94 mln.254,581 min manatdır.
SKMF 1992-ci ildə yaradılıb. 2017-ci ildə fondun xətti ilə sahibkarlara 146 mln. manat məbləğində güzəştli kredit verilib. 2018-ci ildə Fond ən azı 170 mln. manat məbləğində güzəştli kredit ayırmağı planlaşdırırdı. **
A.Əzizov