Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK) 9 oktyabr tarixində Azərbaycanda Enerji və İKT üzrə Alman-Azərbaycan Biznes Forumunu keçirəcək.
“Azərbaycan neft yataqlarının inkişafına milyardlarla sərmayə qoyulur və iqtisadi diversifikasiya üzrə planlar davam etdirilir. Əsasən enerji və enerji təhlükəsizliyi, həmçinin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahələri daha çox əhəmiyyət qazanır”, - AHK-nin saytında məlumatda deyilir.
Bu sahələrin inkişafı Azərbaycan və Almaniya şirkətləri arasında energetika, enerji infrastrukturunun genişləndirilməsi və rəqəmsallaşdırılması sahələrində əməkdaşlıq üçün yaxşı imkanlar yaradır.
Forumda enerji və İKT sektorlarında islahatlar və tərəfdaşlıq üçün perspektivlərin müzakirəsi planlaşdırılır.**
A.Əzizov