Azərbaycan gömrükçüləri Türkiyə vətəndaşının avtomobilində gömrük orqanına bəyan olunmayan 63 ədəd “Freon®;404A” markalanma yazısı olan qaz balonları aşkar ediblər. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilir.
Məlumata görə, bəyan olunmayan qaz balonları Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda təkrar baxış zamanı aşkar olunub.
Faktla bağlı araşdırma aparılır. **
F.İsazadə