"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti 2018-ci il oktyabrın 28-dən Bakı-Tbilisi-Bakı marşrutu üzrə reysləri bərpa edəcək. Bu barədə AZAL-ın məlumatında deyilir.
“2017-ci ilin sentyabr ayından bu marşrut üzrə uçuşlar yalnız AZAL QSC-nin struktur bölməsi olan “Buta Airways” aşağıbüdcəli aviaşirkəti tərəfindən həyata keçirilirdi. 28 oktyabr 2018-ci il tarixindən etibarən AZAL bu marşrut üzrə reysləri bərpa edəcək”, - deyə məlumatda bildirilir.
AZAL aviaşirkətinin J2-223/J2-224 reysləri Airbus A319 / A320 tipli hava gəmiləri vasitəsilə həftənin çərşənbə axşamı və bazar günləri həyata keçiriləcək. Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcək.
Aviaşirkətin reysləri baqajın, əl yükünün ödənişsiz daşınması və qidalanma daxil olan klassik daşıma sxemi üzrə yerinə yetiriləcək.*
N.Abbasova