“SOCAR Energy Ukraine” (SOCAR-ın törəmə strukturu) 2018-ci ilin sonuna kimi Ukraynada mayeqaz doldurma stansiyalarnın (LPG) sayını 42-ə çatdırmağı planlaşdırır. Bunu “SOCAR Energy Ukraine” şirkətinin baş direktoruElçin Məmmədov deyib.
“2016-cı ildən etibarən SOCAR LPG infrastrukturunu fəal inkişaf etdirir. Bu günə şirkətin şəbəkəsinə 35 stansiya daxildir (Ukraynada - İF-Az). İlin sonuna qədər daha 7 stansiya istifadəyə verməyi planlaşdırırıq”, - E.Məmmədov "Современная АЗС" jurnalına müsahibəsində bildirib.
O, həmçinin məlumat verib ki, hazırda Ukraynanın neft məhsullarının topdan ticarət bazarında şirkətin payı 10%-ə yaxındır. Şirkətin Kiyev, Lvov, Xarkov və Odessada neft bazaları var.
“Müştəri bazamız - 200-dən artıq kontragentdən ibarətdir, bura həm dövlət şirkətləri, həm də özəl sektor daxildir. Ötən il biz həmçinin aviasiya yanacağı satış həcmini təxminən 5 dəfə artırdıq. Bundan əlavə, SOCAR Ukraynaya ən iri təbii qaz idxalçılarının beşliyinə daxildir”, - E.Məmmədov qeyd edib.
Şirkətin Ukraynada gələcək perspektivlərinə toxunaraq, E.Məmmədov bəyan edib ki, “SOCAR Energy Ukraine” “hazırki mürəkkəb vəziyyətdə olmasına” baxmayaraq, bu ökənin yanacaq bazarının inkişafına ümid edir.
“Bir tərəfdən qiymətlərin sıçrayışına səbəb olan xarici amillərin daimi təzyiqi, digər tərəfdən - ölkə daxilində əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi. Bütün ehtiyat və imkanların səfərbər edilməsi şəraitində fəaliyyət göstərmək lazım olur. Lakin biz optimistik və inanırıq ki, bazar inkişaf etməkdə davam edəcək”, - E.Məmmədov vurğulayıb. **
N.Abbasova