2018-ci ildə Azərbaycanda 260 min ton pambıq yığılacağı gözlənilir. Bunu kənd təsərrüfatı naziri İnam Kərimov deyib.
«Bu il 132,5 min hektar sahədə pambıq əkilib. Biz mövsümün sonunadək 260 min ton pambıq yığılacağını gözləyirik. Ötən il bu göstərici 207,5 min ton təşkil edib», - deyə o bildirib.
Beləliklə, 2017-ci illə müqayisədə 2018-ci ildə ölkədə pambıq yığımı 25,3% artacaq.
Nazir əlavə edib ki, “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” ölkədə çiyidli pambığın istehsal həcminin ildə 500 min tona çatdırılmasını nəzərdə tutur.*
B.Rüstəmbəyov