“Azersu” ASC Tovuz şəhərinin su təchizatının yaxşılaşdırılmasına “Tunel Tikinti Servis” MMC-ni cəlb edib.
Tərəflər arasında imzalanan müqavilənin dəyəri 13 mln. 258 min manatdır.
İşlər prezident İlham Əliyevin “Tovuz şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 30 mart 2018-ci il tarixli sərəncamı çərçivəsində həyata keçirilir. Sərəncama əsasən, bu məqsədlərə dövlət büdcəsindən “Azersu”-ya 14 mln. manat ayrılacaq.
Bundan başqa, “Azersu” respublikanın 13 rayonunun ümumilikdə 45 min nəfər əhalisi olan 30 yaşayış məntəqəsində (siyahı əlavə olunur) içməli su ilə təminatın yaxşılaşdırılmasına "Protean Construction" MMC-ni cəlb edib. Müqavilənin dəyəri 11 mln. 837,5 min manatdır.
Bu məqsədələrə vəsait İ.Əliyevin 9 aprel 2018-ci il tarixli sərəncama əsasən dövlət büdcəsindən ayrılacaq. Sərəncam çərçivəsində “Azersu”-ya12,5 mln. manat ayrılıb. **
A.Əzizov