Xəzəryanı dövlətlər hər hansı kənar müdaxiləyə imkan vermədən birgə konstruktiv səylərlə Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyaya daxil olmaqla mühüm nailiyyətlərə imza atdılar. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovdeyib.
“Xəzəryanı dövlətlər, həmçinin bu Konvensiyanın hazırlanması prosesində unikal regional mənsubiyyət, məsuliyyət və sahiblik kimi yüksək siyasi mədəniyyəti nümayiş etdirdilər”, - E.Məmmədyarov“AzərTAc” agentliyinə müsahibəsində deyib.
Nazir həmçinin qeyd edib ki, Konvensiyanın razılaşdırılmasının son mərhələsi heç də asan olmayan müzakirələrdən keçib. “2017-ci ilin dekabrında Moskvada keçirilmiş Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin ikigünlük iclası çox intensiv xarakter daşıdı və nəhayət ki, Konvensiyanın razılaşdırılması istiqamətində əsas irəliləyiş əldə olundu. Bir sıra müddəalar üzrə çox ağır müzakirələr keçdi. Amma danışıqlar xoş niyyətlə və qarşılıqlı etimad şəraitində aparıldığı təqdirdə, müsbət nəticə verir. Bütün bu müzakirələrin yekunu olaraq, Xəzəryanı dövlətlərin Aktauda keçirilmiş Zirvə toplantısında Konvensiya imzalanmaq üçün prezidentlərə təqdim olundu və biz bu nailiyyətə imza atdıq”, - E.Məmmədyarovbildirib.
Nazir həmçinin məlumat verib ki, ölkədaxili prosedurlara uyğun olaraq Konvensiya üzv dövlətlərin ratifikasiyasına təqdim ediləcək. “Biz ümid edirik ki, Konvensiyanın ratifikasiyası tezliklə başa çatacaq”, - o vurğulayıb.
“Ratifikasiya prosesinin başa çatması və Konvensiyadan irəli gələn müddəaların praktiki icrası regionun dayanıqlı inkişafı üçün daha geniş imkanlar açacaq. Konvensiyada və Aktau Zirvə toplantısında dövlət başçıları tərəfindən qəbul edilmiş kommunikedə yeni vəzifələr və tapşırıqlar müəyyən olunub”, - E.Məmmədyarovqeyd edib. **
B.Rüstəmbəyov