2018-ci ilin yanvar-iyul aylarında Azərbaycanda ÜDM 0,2% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə ÜDM-nin nominal həcmi 43 mlrd. 478,6 mln. manat təşkil edib.
Cari ilin yanvar-iyul aylarında qeyri-neft sektorunda ÜDM 0,9% artıb, neft sektorunda isə 0,8% azalma qeydə alınıb.
Hesabat dövründə tikinti sektorunda azalma 17,9% təşkil edib.
2018-ci ilin yanvar-iyul aylarında ÜDM-nin əhalinin hər nəfərinə düşən həcmi 4 min 436,3 manat (azalma 0,7%) təşkil edib.
Azərbaycan hökuməti 2018-ci ildə ÜDM-nin artımını 1,5% səviyyəsində proqnozlaşdırır.
2017-ci ildə Azərbaycanda ÜDM 0,1% artıb.*
N.Abbasova