2018-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 4 mlrd. 100,2 mln. manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 6,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-iyul aylarında 2 mlrd. 86 mln. manat məbləğində heyvandarlıq, 2 mlrd. 14,2 mln. manat məbləğində bitkiçilik məhsulları istehsal edilib.
Qeyd olunan dövrdə heyvandarlıq məhsullarının istehsal həcmi 2,5%, bitkiçilik məhsullarının istehsal həcmi 11% artıb.
Bundan başqa, yanvar-iyul aylarında respublikada 280,8 min ton ət (artım 3%), 1 mln. 199,4 min ton süd (artım 1,2%), 1 mlrd. 22,4 mln. ədəd yumurta (artım 0,7%) istehsal edilib.
Avqust ayının 1-nə kimi qarğıdalı da daxil olmaqla 2 mln. 995,3 min ton dənli və dənli paxlalı bitkilər (artım 14%), 534,2 min ton kartof (artım 1,5%), 925,7 min ton tərəvəz (artım 15,6%), 207,4 min ton meyvə (artım 2,7%) yığılıb.
2017-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 6 mlrd. 580 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin göstəricisindən 4,2% çoxdur.**
B.Rüstəmbəyov